İranda hökumətə qarşı etiraz aksiyası - VİDEO

İranda hökumətə qarşı etiraz aksiyası -     VİDEO

İranda tələbələrin hökumətə qarşı etiraz aksiyası başlayıb

 

Tehranda yüzlərlə tələbə hakimiyyətin səhvən Ukrayna təyyarəsini vurduğunu etiraf etməsindən sonra hökumətə qarşı etiraz aksiyası keçirib.

 

 AYNA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

 

Onlar İranın ali dini lideri Ayətullah Əli Xameneyinin istefasını tələb ediblər. Etirazçılar Tehran küçələrində İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının ABŞ tərəfindən öldürülən komandanı Qasım Süleymaninin şəklini cırıblar.

 

Nümayişdə 700-1000 arası insan iştirak edib.

Müəllif: Ayna.az      12 Yanvar 2020 02:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin