Avstraliyada akulalar gənc futbolçunu yeyib

Avstraliyada akulalar gənc futbolçunu yeyib

Futbolçunun qalıqlarını tapmaq mümkün olub

 

ABŞ-ın "Qastinq Bronkos" klubunun futbolçusu Erik Birigitti Avstraliyada dostları ilə məzuniyyətdə olduğu vaxt ölüb. 

 

AYNA "Report"a istinadən xəbər verir ki, 21 yaşlı almaniyalı oyunçu qayalıq sahildə gəzdiyi vaxt sürüşərək suya düşüb. O, dərhal axına düşərək gedib. Dostlarının cəhdlərinə baxmayaraq, Birigittini xilas etmək mümkün olmayıb. 

 

Hadisə yerinə polis və xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Yalnız həmin gecə futbolçunun qalıqlarını tapmaq mümkün olub. 

 

İlkin informasiyaya görə, açıq dənizdə futbolçuya akulalar hücum edərək, onu yeyiblər. Birigittinin bu vaxt sağ olub-olmadığı bilinmir. 

 

"Qastinq Bronkos" futbolçunun ailəsinə başsağlığı verib.

Müəllif: Ayna.az      12 Yanvar 2020 00:31
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin