MSK DSK-nın qərarını ləğv edib

MSK DSK-nın qərarını ləğv edib

Fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək 

 

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək üçün 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

 

AYNA xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

 

41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M.Rəhimlinin namizədliyini qeydə almayıb. 

 

MSK DSK-nın qərarını ləğv edib və M.Rəhimlinin namizədliyi qeydə alınıb.

Müəllif: Ayna.az      11 Yanvar 2020 18:49
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin