Sərhəddə düşmən təxribatlarının qarşısı alınıb

Sərhəddə düşmən təxribatlarının qarşısı alınıb

Qazax və Ağstafa istiqamətində düşmən təxribatlarının qarşısı alınıb

 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.

 

Bu barədə AYNA-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

 

Qeyd olunub ki, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa isti­qa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz Ermənistan silahlı qüvvə­lərinin bölmələri tərəfindən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulub.

 

Bütün hallarda düşmən təxribatlarının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan silahlı qüv­vələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Müəllif: Ayna.az      11 Yanvar 2020 18:00
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin