Səhiyyə Nazirliyindən açıqlama

Səhiyyə Nazirliyindən açıqlama

Səhiyyə Nazirliyi: Dispanserdəki video ilə bağlı polisə müraciət edilib

 

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

 

Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, sosial şəbəkələrdə yayılan videogörüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.

 

“Videogörüntünü xəstəxanaya yoxlanışa, yaxud xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”, - Nazirlikdən qeyd edilib.

Müəllif: Ayna.az      11 Yanvar 2020 16:50
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin