Ukrayna İrandan təzminat tələb edir

Ukrayna İrandan təzminat tələb edir

Ukraynaya məxsus təyyarənin İranda qəzaya uğraması ilə bağlı gərginlik davam edir 

 

İranın Ukraynaya məxsus təyyarənin təsadüf və insan xətası nəticəsində vurulduğunu elan etməsindən sonra Kanada və Ukraynadan ilk açıqlamalar gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın Baş Naziri Castin Trüdo, İranın cavab verməsini, Ukrayna prezideti Vladimir Zelenski isə İranın təzminat ödəməsini tələb edib. 

 

“Bizim üçün vacib olan odur ki, “Boeing 737” təyyarəsinin səhvən vurulduğunu qəbul etdikdən sonra İran danışıqlar masasına otursun və hesabat versin, - deyə Castin Trüdo bildirib. 

 

Ukraynanın Baş naziri Vladimir Zelenski isə İrandan günahını etiraf etməsini, üzr istəməsini və günahkarların cəzalandırılmasını tələb edib. Zelenski həmçinin, qəzada ölənlərin yaxınlarına təzminat ödənilməli olduğunu da əlavə edib.

 

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani baş verən hadisəni “bağışlanmaz səhv və fəlakət” adlandırıb. İranın Xarici İşlər Naziri Cavad Zərif isə baş verənlərə görə Ukraynadan üzr istəyib. 

Müəllif: Mərahim Nəsib      11 Yanvar 2020 12:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin