Oman sultanı vəfat etdi

Oman sultanı vəfat etdi

2015-ci ildə sultanda xərçəng xəstəliyi aşkarlanmışdı

 

Oman sultanı Qabus bin Səid Əl Səud vəfat edib.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmi dövlət agentliyi məlumat yayıb.

 

Məlumata görə, sultanlığın rəhbəri dünən - yanvarın 10-da dünyasını dəyişib. Sultanlıq dəftərxanası tərəfindən yayılan xəbərdə qeyd edilir ki, 79 yaşlı Qabus bin Səid uzunsürən xəstəlikdən ölüb. 

 

Qeyd edək ki, 2015-ci ildə sultanda xərçəng xəstəliyi aşkarlanmışdı. Son vaxtlar yerli mətbuatda onun səhhətinin pisləşməsi barədə dəfələrlə məlumat yayılıb.

 

Qabus bin Səid 50 il idi ki, ölkəni idarə edirdi. O, 1970-ci ildə hakimiyyətə gəlmişdi. 

 

Xatırladaq ki, sultan son illər Almaniyada müalicə kursu keçirdi. Onun varisi yoxdur. 

 

Sultanın vəfatı ilə bağlı ölkədə 3 günlük matəm elan olunub, ölkə ərazisində dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb.

Müəllif: Ayna.az      11 Yanvar 2020 05:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin