Xorvatiyada həmyerlilərimizin uğuru davam edir

Xorvatiyada həmyerlilərimizin uğuru davam edir

 Azərbaycan karateçiləri beynəlxalq turnirdə daha iki medal qazanıblar

 

Xorvatiyanın Umaq şəhərində Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda yarış davam edir.AYNA xəbər verir ki, Azərbaycan karateçiləri turnirdə daha iki medal qazanıblar.

 

Hümmət Baxşəliyev (67 kq) 21 yaşadək idmançılarım mübarizəsində bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. 14-15 yaşlı yeniyetmələr arasında isə Ramil Baxşəliyev (52 kq) bürünc medala yiyələnib. 

 

Qeyd edək ki, yığmamızın heyətində daha öncə 21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) qızıl, Fidan Teymurova (50 kq) isə bürünc medal qazanıb.İyulun 7-də bitəcək yarışa 70 ölkədən 2577 idmançı qatılıb.

Müəllif: Ayna.az      6 İyul 2019 13:52
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin