Xavi "Barselona"nın baş məşqçisi ola bilər

Xavi "Barselona"nın baş məşqçisi ola bilər

"Barselona"nın yetirməsi olan Xavi İspaniya klubunda 700-dən çox matçda iştirak edib

 

"Barselona"nın sabiq futbolçusu Xavi Ernandes komandanın yeni baş məşqçisi ola bilər.

 

AYNA "Report"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau və klubun idman direktoru Erik Abidal 40 yaşlı mütəxəssislə görüşüblər. Onlar Xavinin yaxın gələcəkdə Ernesto Valverdenin yerinə "Barselona"nın baş məşqçisi postuna təyin olunmasını müzakirə ediblər.

 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Xavi İspaniya klubunda 700-dən çox matçda iştirak edib. O 2019-cu ilin mayından Səudiyyə Ərəbistanının "Əl Sadd" komandasının baş məşqçisidir. 

Müəllif: Ayna.az      10 Yanvar 2020 20:23
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin