Naxçıvan Ali Məclisinə yeni şöbə müdiri təyin edildi

Naxçıvan Ali Məclisinə yeni şöbə müdiri təyin edildi

Vasif Talıbov sərəncam imzalayıb

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinə müdir təyinatı olub.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 10-da bununla bağlı sərəncam imzalayıb.

 

Sərəncamla Gözəl Rəşadət qızı Şahməmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilib.

 

Qeyd edək ki, G.Şahməmmədova bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

Müəllif: Ayna.az      10 Yanvar 2020 19:38
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin