Gündəmi zəbt etmiş qətlin yeni detalları

Gündəmi zəbt etmiş qətlin yeni detalları

Faktla bağlı istintaq davam edir

 

Tovuz rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq eksperimenti aparıblar. 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinərək saxlanılan 47 yaşlı İlkin Süleymanov qurbanını necə öldürdüyünü ətraflı formada göstərib. 

 

AYNA xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından Oxu.az-a məlumat verilib.  

 

Xatırladaq ki, İ.Süleymanov yanvarın 8-də saxlanılıb. İlk öncə bildirilib ki, öldürülən Nərminin alovlu bədənini ilk görən o olub.

 

Yanvarın 10-da o, törətdiyi əməli etiraf edib.

 

Məlum olub ki, İ.Süleymanov subaydır, ali təhsili var, üç dildə (Azərbaycan, rus və ingilis) danışır. Rusiyada oxuyub, işləyib, amma son illərdə valideynləri ilə yaşayıb. Süleymanovların evi Nərminin atası Şərif Quliyevə aid olan sahədən 500 metr məsafədə yerləşir.

 

Bildirilir ki, bütün bu müddət ərzində oğru qızı kənddəki ailəsinə məxsus böyük bir evdə gizləyib, amma orada heç kim yaşamır.

 

Faktla bağlı istintaq davam edir.

Müəllif: Ayna.az      10 Yanvar 2020 17:34
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin