Əsas səhifə Haqqımızda Xəbər lenti

Uşaq Nevroloji Xəstəxanasında əsəblər tarıma çəkilib

Uşaq Nevroloji Xəstəxanasında əsəblər tarıma çəkilib

Valideynlər aylarla ayaq döyürlər, lakin övladlarının dərdlərinə çarə tapılmır

 

Bəlkə də bu günə qədər səhiyyə sistemimizdəki nöqsanlardan, əyri-əksikliklərdən mediada yüzlərlə, minlərlə xəbər hazırlanıb. Təəssüf ki, hazırlanan bu xəbərlər çox az hallarda ünvanına çatır. Yanlış müayinə və diaqnoza görə həyatını itirən, fiziki məhdudiyyəti yaranan insanlar kor-peşman ya evlərinə qayıdır, ya da dərdinin dərmanını ölkə sərhədlərindən kənarda axtarırlar.

 

Bu günlərdə iqtisadçı-ekspert Qadir İbrahimli sosial şəbəkədə Uşaq Nevroloji Xəstəxanası (UNX) ilə bağlı paylaşım edib. O, övladını həmin xəstəxanaya müayinəyə apardığını yazıb və üzləşdiyi mənzərəni belə təsvir edib: “Səhnə öldürücüdür - problemli uşaqlar və ümidsiz valideynlər. Biri deyirdi ki, sonuncu üzüyünü satıb gəlib”.

 

Bunun ardınca AYNA-nın suallarını cavablandıran Qadir İbrahimli, UNX-də vəziyyətin heç ürək açan olmadığını, valideynlərin uşaqlarının müalicəsini maddi çətinlik ucbatından sona qədər davam etdirə bilmədiyini deyib: “Bura gətirilən uşaqların əksər hissəsinin tamamilə sağalması, demək olar ki, mümkün deyil. İnsanlar kiçik bir ümidlə övladlarını bu xəstəxanaya gətirirlər. Lakin əksəriyyətin maddi imkanı aşağıdır, müalicəni davam etdirə bilmir. Təəssüf ki, dövlətin də bu uşaqlar üçün hər hansı yardım proqramı yoxdur. Çətindir!”.

 

Məsələni araşdırmaq üçün AYNA-nın əməkdaşı sözügedən xəstəxanaya yollanıb. Xəstəxananın görünüşü ilk baxışdan adamda mənfi fikir yaratmır. Olduqca təmiz və sakit həyətindən keçib 1-ci korpusa yaxınlaşırıq. Mühafizəçi xəstə qəbulunun yan tərəfdəki binada olduğunu deyir.

Müəllif:      9 İyul 2019 14:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
13 İyun
23:38
Yeni erməni hallüsinasiyaları - “Günah keçisi” axtarışı
13 İyun
22:25
Uyğurların fəryadı bütün dünyaya yayılıb – Vahiməli mənzərə
13 İyun
21:15
Azərbaycanda daha 45 nəfər COVID-19-a yoluxub
13 İyun
19:02
Ankara-Moskva münasibətləri: Əməkdaşlıq rəqabəti pərdələyə bilmir
13 İyun
15:05
Yüz fikir bir borcu ödəməsə də, problem qapıya dayanıb
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin