"Qara qutu"nu fransızlar açacaq

"Qara qutu"nu fransızlar açacaq

“İran təyyarəni özü vurub” iddiası üstünlük təşkil edir

 

Tehranda 176 nəfər sərnişinin öldüyü təyyarənin "qara qutu"su bu gün açılacaq. AYNA İran mediasına istinadən xəbər verir ki, "qara qutu"nun acılmasına Fransız BEA şirkətinin mütəxəssisləri cəlb olunub.

 

Qeyd edək ki, ABŞ ilə İran arasındakı gərginliyin  kəskinlinləşdiyi bir vaxtda Ukrayna Hava Yollarına məxsus "Boeing 737" təyyarəsinin bütün heyətlə qəzaya uğraması hələ də gündəmdədir. Qəzadan sonra müxtəlif fikirlər, mülahizələr meydana çıxsa da, daha çox “İran təyyarəni özü vurub” iddiası üstünlük təşkil edir.

 

Xatırladaq ki, iki gün əvvəl  İranda havaya qalxan sərnişin təyyarəsi az sonra yerə çırpılıb. Təyyarədə olan bütün sərnişinlər ölüb.

Müəllif: Ayna.az      10 Yanvar 2020 16:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin