Tramp NATO-ya yeni ad təklif edib

Tramp NATO-ya yeni ad təklif edib

"NATO fəaliyyətini genişləndirməlidir"

 

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, NATO Yaxın Şərqdəki fəaliyyətini genişləndirməli və regiona qoşunlarını yerləşdirməlidir. 

 

AYNA “Report”a istinadən xəbər verir ki, ABŞ lideri, "Düşünürəm ki, Yaxın Şərq ərazisi də daxil olmaqla, NATO fəaliyyətini genişləndirməlidir. Elə indi yük bizim üzərimizə düşür və bu haqsızlıqdır”, - deyə bildirib.

 

O, həmçinin alyans üçün yeni adı təklif edib — NATOME (NATO və Yaxın Şərq regionunun ingiliscə tərcüməsinin (Middle East) baş hərfləri ilə-red).

 

Bundan başqa, ABŞ prezidenti qeyd edib ki, NATO-nun baş katibi Yens Stoltenberq onun təklifindən həyəcanlanıb".

 

Qeyd edək ki, Tramp və Stoltenberq yanvarın 8-də telefonla Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər. Dövlət başçısı və alyans rəhbəri alyansın regionda sabitlik və beynəlxalq terrorizmlə mübarizə üçün daha çox şey edə biləcəyi ilə bağlı ortaq mövqeyə gəliblər.

Müəllif: Ayna.az      10 Yanvar 2020 09:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin