Haftar Rusiya və Türkiyənin atəşkəs çağırışını qəbul etmədi

Haftar Rusiya və Türkiyənin atəşkəs çağırışını qəbul etmədi

Liviyanın bir sıra şəhərləri Haftarın nəzarəti altındadır

 

Xəlifə Haftarın koomandanlıq etdiyi Liviya milli ordusu atəşin dayandırılması barədə Rusiya və Türkiyənin təşəbbüsünü rədd edib.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Liviya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi general Əhməd əl-Mismari bildirib.

 

Çərşənbə günü İstanbuldakı görüşdən sonra Rusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə və Rəcəb Tayyib Ərdoğan Liviya münaqişəsinin bütün tərəflərini yanvarın 12-də gecə yarısından döyüş hərəkətlərini dayandırmağa çağırıblar.

 

Qeyd edək ki, Xəlifə Haftarın ordusu Liviyanın bir sıra şəhərlərini nəzarət altına alıb.

Müəllif: Ayna.az      10 Yanvar 2020 07:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin