Ərdoğanla Merkel arasında telefon danışığı olub

Ərdoğanla Merkel arasında telefon danışığı olub

Tərəflər danışıqların gedişatında regional problemləri və digər məsələləri müzakirə ediblər 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

 

AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti administrasiyasının xəbərində deyilir.

 

Qeyd edilir ki, tərəflər ABŞ və İran arasındakı gərginliyi müzakirə ediblər. Danışıqlarda həmçinin Liviya və Suriyada yaranmış vəziyyət diqqət mərkəzində olub.

 

"Bizim prezidentimizlə Angela Merkel arasında telefon danışığı olub. Tərəflər danışıqların gedişatında regional problemləri, ilk növbədə ABŞ və İran arasındakı gərginliyi, Liviyada və Suriyada yaranmış vəziyyəti, həmçinin ikitərəfli məsələləri müzakirə ediblər", - deyə xəbərdə bildirilir.

Müəllif: Ayna.az      10 Yanvar 2020 06:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin