FHN paytaxtda baş verən yanğınla bağlı məlumat yaydı

FHN paytaxtda baş verən yanğınla bağlı məlumat yaydı

"Mənzil yanğından mühafizə olunub"

 

Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb.

 

AYNA FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb.

 

“Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, - deyə xəbərdə bildirilir.

Müəllif: Ayna.az      10 Yanvar 2020 02:45
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin