İranlı general: “Amerikalılar başlarını götürüb bölgədən qaçacaqlar”

İranlı general: “Amerikalılar başlarını götürüb bölgədən qaçacaqlar”

Rəsmi Tehran ABŞ-a daha sərt intiqam vəd edir

 

İran Silahlı Qüvvələri Baş Qərargahının Təhülükəsizlik İdarəsinin rəisi Abdullah İraqi, yaxın günlərdə ABŞ-dan daha sərt qisas alacaqlarını deyib. AYNA xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

 

İsfahan şəhərində çıxış edən İraqi bildirib ki, İnqilab Keşikçiləri Korpusu Ali dini rəhbər Əli Xameneyinin şəxsən nəzarətindədir və onun rəhbərliyi ilə düşməndən daha sərt intiqam alınacaq.

 

Təbrizdə Aşura İnqilabı Keşikçiləri qarşısında çıxış edən Xameneyinin Ali hərbi müşaviri Yəhya Rəhim Səfəvi isə Qasım Süleymaniyə edilən hücumda CİA və “Mossad” kəşfiyyatının rolu olduğunu və bu cinayətə imza atmaqla onların böyük səhv etdiklərini bildirib.

 

İran Silahlı Qüvvələri Baş Qərargahının sözcüsü, briqada generalı Əbülfəz Şikarçi də mövzu ilə açıqlama verib. “Fars” Xəbər Agentliyinə danışan Şikarçi İraqda ABŞ bazalarına təşkil olunmuş hücumla intiqamlarının biltmədiyini söyləyib: “ABŞ hərbi bazalarına etdiyimiz hücumla intiqamımızın bitdiyini heab etmirik. Çünki əsl intiqam elə bir səviyyədə olacaq ki, amerikalılar başlarını götürüb bölgədən qaçmaq məcburiyyətində qalacaqlar”.

 

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon), yanvar ayının 3-də Qasım Süleymani və Haşdi-Şabi qüvvələrinin ikinci rəhbəri Əbu Mehdi əl-Mühəndisin Bağdad Hava limanı yaxınlığında öldürüldüyünü açıqlamışdı. Hücum nəticəsində Süleymani və əl-Mühəndis də daxil olmaqla 10 nəfər dünyasını dəyişmişdi.

Müəllif: Ayna.az      9 Yanvar 2020 17:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin