Oqtay Gülalıyev yenidən əməliyyat olacaq

Oqtay Gülalıyev yenidən əməliyyat olacaq

“Atamın beynində olan suyun təmizlənməsi üçün başına şunt qoyulacaq

 

Hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq. AYNA xəbər verir ki, bu baradə onun oğlu Əli Gülalıyev məlumat verib.

 

“Atamın vəziyyətində müsbətə doğru dəyişikliklər olsa da, onun hərəki cavabı zəif olduğundan 2 gün qabaq təkrar MRT olunub. Müayinənin nəticəsinə görə, atamın beyinində hidrosefaliya (kəskin su yığımı) yaranıb. Bu səbəbdən sabah növbəti dəfə əməliyyat olunacaq. Beynində olan suyun təmizlənməsi üçün başına şunt qoyulacaq. Ümid edirik ki, əməliyyat vəziyyətində dönüş edəcək”, - o bildirib.

 

Xatırladaq ki, O.Gülalıyev oktyabrın 29-da yolu keçən zaman avtomobil tərəfindən vurulub. Ağır kəllə-beyin travması alan hüquq müdafiəçisi Bakıda başından əməliyyat olunub.

 

Daha sonra Heydər Əliyev Fondunun yardımı ilə Türkiyəyə yola salınan O.Gülalıyev “Avrasiya” Klinikasına yerləşdirilib. Onun müalicə xərclərini Fond öz üzərinə götürüb.

Müəllif: Ayna.az      9 Yanvar 2020 17:34
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin