Bakıda yeni lift sərgüzəştləri

Bakıda yeni lift sərgüzəştləri

Paytaxtımız nə zaman nasaz liftlər probleminin kəskin olduğu şəhər olmaqdan qurtulacaq?

 

Telefonum zəng çaldı. Kimdir danışan? Xeyr, danışan fil deyil, Azadlıq prospektində yerləşən evlərin qəzəbli sakinləridir. Daha dəqiq desək, 114 nömrəli evdə yaşayan insanlar. Onların sözlərinə görə, iki aydan çoxdur ki, liftləri işləmir.

 

Qeyd edim ki, bu ev sadə bir ev deyil. Əvvəllər "Sovminovski" adlanırdı və orada çox tanınmış insanlar yaşayırdılar. Məsələn, məşhur aktrisa Həmidə Ömərova kimi. Eyni binada məşhur jurnalist Nadejda İsmayılova mənzilə sahibdir.

 

Yaxınlıqda "KQB-nin evi" adlandırdığımız və digər binalar var ki, bunlardan birində Azərbaycan Baş Nazirinin keçmiş müavini Abid Şərifov uzun illər yaşayıb. Bu evlərdəki liftlər illərdir dəyişməyib və çoxdan köhnəlib sıradan çıxıb. Ancaq bu vəziyyət bütün şəhərdə baş verir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Liftəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərovun 2018-ci ilin noyabr ayında mətbuata verdiyi açıqlamaya görə, Bakıda üç minə yaxın lift var. Baş direktor sonra belə izahat verdi: “Biz dövlət tərəfindən tikilən yaşayış binalarında quraşdırılmış liftlərdən danışırıq. Biz XX əsrin 60-90-cı illərində tikilmiş binalarda quraşdırılmış liftləri əvəz etməliyik. Köhnəldikləri üçün daimi təmirə ehtiyacları var”.

 

İndi, yenidən məlumatlar ortaya çıxıb ki, keçən il, “Liftəmir” İB bu sahədə geniş təcrübəyə və texniki imkanlara sahib Almaniyanın “Wittur Holding GMBH” şirkəti ilə müqavilə bağlayıb. BŞİH, “Liftəmir” və “Wittur Holding GMBH” nümayəndələrinin iştirakı ilə paytaxtın lift təsərrüfatının vəziyyəti, yeni liftlərin quraşdırılması və bu sahədə görüləcək işlər barədə birgə tədbir keçirilib.

 

Tədbirdə deyilib ki, ilin (2019-cu il – red.) sonuna qədər Bakıda 542 yeni lift quraşdırılacaq. Onlardan 458-i artıq Bakıya çatdırılıb. Artıq 162 lift quraşdırılıb və Fövqəladə Hallar Nazirliyi tərəfindən istismara qəbul edilib, 296-sı quraşdırılır. Liftlər Bakının Nizami, Qaradağ, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında quraşdırılıb.

 

Xəbər çox gözəl və sevindirici səsləndi. Ancaq Azərbaycan qaydalarında planlaşdırma və həyata keçirmək iki fərqli şeylərdir. Beləliklə, məsələn, çox məşhur insanların yaşadığı və hazırda yaşadıqları bu binalarda quraşdırılmış liftlərlə nə baş verdi? Şəxsən məkana baş çəkdim və bu yeni liftlərin özü-özlüyündə nə cür olduğunun şahidi oldum.

 

Dərhal qeyd edim ki, onlar mükəmməldir. Söz verildiyi kimi, texniki parametrlərinə və keyfiyyətlərinə görə, əvvəllər satın alınanların hamısını üstələyirlər, əlil insanlar onlardan istifadə edə bilərlər. Üstəlik, hər bir liftin qiyməti 12 min 800 ABŞ dolları təşkil edir ki, bu da son dərəcədə azdır və burada korrupsiya komponentinin olmadığını göstərir.

 

Ancaq başqa bir amil də var. Bu liftlərin işə salınması təxirə salınıb. Sakinlərin sözlərinə görə, liftlərin dəyişdirilməsi prosesi iki aydan çoxdur ki, davam edir: “Əvvəlcə köhnə liftləri çıxartdılar, sonra yenisini gətirdilər və quraşdırdılar, amma test rejimində işləyirlər. Üstəlik, onlar artıq xarab oldu, bu da sakinlərə, xüsusən də binaların yuxarı mərtəbələrində yaşayanlara çox narahatlıq yaratdı”.

 

"Abid Şirofov evində" lift hələ də işləmir, amma Azadlıq prospekti, 114-də olan evin lifti yeni kimi görünür, amma tanınmış sakinlərdən birinin xahişi ilə artıq təmir olunub. Aydın olub ki, lift quraşdıran işçilərdən biri sadəcə liftin yük qabiliyyətini göstərən ştampın beynini qarışdırıb - mümkün olan 400 əvəzinə, ştampda liftin qaldıra biləcəyi çəkini 1000 kiloqram göstərdiyi üçün liftlər xarab olub, işləmir.

 

Qeyd edim ki, binanın sakinləri arasında "yaxşı alman liftlərinin əvəzinə çinlilərin istehsal etdiyi liftləri bizə soxuşdurublar" kimi şayiələr də yayılmışdı. Əslində, şəxsən buna əmin olmaq üçün həmin əraziyə baş çəkdim və bu şayiələrin əssasız olduğunu gördüm. Sadəcə, bir şəxsin nəzarəti narazılıq və söz-söhbətlər yaradıb.

 

Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, Fövqəladə Hallar Nazirliyi hələ də bu liftləri qəbul etməyib, lakin yaxın 10 gün ərzində bu məsələ həllini tapacaq. Ümid edirəm ki, bundan sonra bu binalarda liftlərin işində problem olmayacaq və ümumiyyətlə, Bakı nasaz liftlər probleminin bu qədər kəskin olduğu bir şəhər olmaqdan qurtulacaq…

Müəllif: Əkbər Həsənov      9 Yanvar 2020 22:30
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin