Badamdarda yenidən sürüşmə baş verib

Badamdarda yenidən sürüşmə baş verib

Sürüşmə sahəsinin eni 80 metrə yaxındır

 

Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində sürüşmə qeydə alınıb. AYNA xəbər verir ki, sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib: "Sürüşmə nəticəsində köhnə sürüşmə sahəsinə aid torpaq qatının bir hissəsi uçaraq yola tökülüb. Eni, təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib".

 

Ə.Qaralov qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur: "Təhlükənin olub-olmaması barədə aidiyyatı qurumlar gəlib baxış keçirib qərar qəbul edəcək”.

 

Onun sözlərinə görə, yolun hərəkət hissəsinə tökülən kütlə tamamilə götürülməlidir: “Proses tam dayandıqdan sonra nəsə demək olar. Hazırda baş verən sürüşmə prosesi 2018-ci ildə baş verən hissədə yerindən tərpənmiş kütlənin üzərində gedir".

 

Əziz Qaralov sürüşmə baş verən ərazidə yaşayış evlərinin olmadığını bildirib.

 

Qeyd edək ki, sürüşmə sahəsinin eni 80 metrə yaxındır.

 

Hazırda ərazidə ETSN tərəfindən ərazidə monitorinqlər aparılır.

Müəllif: Ayna.az      9 Yanvar 2020 10:37
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin