Şahzadə Harri və Meqan Markldan diqqət çəkən qərar

Şahzadə Harri və Meqan Markldan diqqət çəkən qərar

Şahzadə Harri və Meqan Markl krallığın maliyyə imtiyazından imtina ediblər

Böyük Britaniya kraliçasının nəvəsi şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl, statuslarına görə onlara təyin edilən maliyyə imtiyazından imtina ediblər.

 

AYNA xəbər verir ki, bu barədə cütlük özlərinin “Instagram” səhifəsində məlumat yerləşdirib.

 

Kral ailəsinin üzvləri bir neçə aydır bu barədə düşündüklərini, monarxiya daxilində mütərəqqi rola keçmək niyyətində olduqlarını qeyd ediblər.

 

“Biz kral ailəsinin yüksək vəzifəli üzvləri sayılmaqdan kənarlaşmaq və maddi cəhətdən müstəqil olmaq üçün çalışırıq. Bütün hallarda hər zaman Əlahəzrət Kraliçaya dəstək verəcəyimizə söz veririk”.

 

Açıqlamada cütlük yalnız Böyük Britaniyada deyil, ABŞ-da yaşamaq niyyətində olduqlarını da bəyan ediblər.

 

Harri və Meqan bunu bir tərəfdən övladlarını kral ənənələrinə uyğun böyüdəcəklərini, digər tərəfdən yeni xeyriyyə təşkilatlarını yaratmaq üçün yer alacaqları ilə izah ediblər.

Müəllif: Ayna.az      9 Yanvar 2020 07:31
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin