Təhlükə Cənubi Qafqaza sıçraya bilər – Təxribata getmək olmaz

Təhlükə Cənubi Qafqaza sıçraya bilər –       Təxribata getmək olmaz

Politoloq: “Baş berənlər bölgəmizdə vətəndaş müharibəsinin qızışacağını göstərir”

 

İranlı general Qasım Süleymaninin öldürülməsi dünyada görünməmiş rezonans doğurdu. Artıq bölgədə geniş müharibə ab-havası yaşanır. Təbii ki, bu problem İranla qonşu olan Cənubi Qafqaz ölkələrini narahat edə bilməz.

 

Bütün bu olanlar nə ilə nəticələnə bilər? AYNA siyasi şərhçilərlə vəziyyəti dəyərləndirib.

 

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSTM) aparıcı mütəxəssisi Gela Vasadze hesab edir ki, Süleymaninin ölümünün ən sadə izahı müharibə içərisində müharibədir: “Belə olub və belə də olacaq. Ümidlər edilir ki, guya, bəzi qaydalar var, lakin bunlar mifdir, heç bir qayda yoxdur və heç mövcud da deyil. Müharibə hər zaman hərbi yol daxil olmaqla, bütün mövcud vasitələrlə aparılır. Bəli, Yaxın Şərqdə iqtisadi resurslar və nəqliyyat yolları üzərində nəzarət uğrunda müharibə gedir və bu, bütün əvvəlki müharibələrdən fərqlənmir”.

“Bu müharibədə təkcə İran və ABŞ iştirak etmir. Buna yüngülcə "maraqların irəliləməsi" deyilir. Burada nəinki region ölkələri, eyni zamanda Çin, Rusiya və hətta Avropanın da maraqları var. Buna görə də bu müharibədəki müttəfiqlər situasiyadır. Situasiya dövlətləri bir-biri ilə müttəfiq edə bilər, rəqib də”, - Vasadze bildirib.

 

Ekspertin fikrincə, bu vəziyyət Cənubi Qafqaz ölkələri üçün, dünya və regional güclər arasında rəqabətin güclənəcəyi deməkdir: “Belə bir zamanda ölkələrimizin öz maraqlarını başa düşməsi və qoruması, əlbəttə ki, öz imkanlarını real qiymətləndirməsi xüsusilə vacibdir və daha əhəmiyyətlisi odur ki, bir-birimizlə münasibətlərə diqqət yetirməliyik. Birgə yaşayırıq və gələcək nəsillərə ötürdüklərimiz üçün cavabdehik”.

 

Azərbaycanlı politoloq İlqar Vəlizadə isə o fikirdədir ki, baş berənlər bölgəmizdə vətəndaş müharibəsinin qızışacağını göstərir: “Hazırda prosesin əsas iştirakçıları İraq və Suriyadakı xüsusi hədəflərə hərbi hücumlar hazırlayır. Belə bəyanatlar hər tərəfdən gəlir. Güman edə bilərik ki, bunlar sadəcə sözlər deyil, tezliklə hərəkətlərlə dəstəklənəcək”.

 

“Bu cür açıqlamalar fonunda Üçüncü Dünya Müharibəsinin yaxınlaşması barədə söz-söhbətlər yayılır, apokrif ssenarilər tərtib olunur. Ancaq bu vəziyyətdə mən baş verənlərə münasibətdə daha optimistəm olaraq yanaşıram, buna görə apokalipsis olmayacağını düşünürəm. Lakin digər tərəfdən, bölgədəki hər hansı gərginlik təkcə qarşıdurmada iştirak edən ölkələr üçün deyil, qonşuları üçün də təhlükədir. Düşünürəm ki, həm bizim, həm də İranın bütün qonşuları üçün müəyyən mənfilik gözlənilməlidir, çünki bu gün hər şey risk altındadır”, - Vəlizadə bildirib.

Politoloqun sözlərinə görə, gərginlik potensial investorlar üçün təhlükə bir siqnalıdır: “Azərbaycan İranla, bütün region üçün çox vacib olan Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsi ilə bağlıdır. Yeni gərginlik qarşısında, bu layihənin bundan sonra həyata keçirilməsi təhlükə altına düşür”.

 

Siyasi şərhçi bölgədə məzhəb qarşıdurması riskinə də toxunub: “Bu gün sünnilər və şiələr arasında münaqişəni qızışdırmağa çalışan qüvvələr var. Təəssüf ki, bu cür ssenarilərin reallaş ehtimalı istisna deyil. Bölgənin bir çox ölkəsində ya şiə, ya da sünni məzhəbindən olan toplumlar var. Halbuki, həmin ölkələr qarşıdurmalara qarışmaq istəmir. Ona görə məzhəb qarşıdurması təhlükəsi onları narahat etməyə bilməz”.

 

“Vəziyyətin nəzarətdən çıxmaması üçün dünya birliyinin müdaxiləsi vacibdir. Rusiya, Çin, Avropa İttifaqı baş verənlərə biganə qalmamalıdır, güman ki, qalmayacaq da. Hesab edirəm ki, yaxın gələcəkdə xarici qüvvələrin baş verənlərə fəal müdaxiləsi gözləniləndir. Yəqin, BMT buna laqeyd qalmayacaq. Əslində necə olacağını və nələrin baş verəcəyini yalnız zaman göstərəcək”, - İ.Vəlizadə vurğulayıb.

Müəllif: Rauf Orucov      8 Yanvar 2020 13:12
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin