Ukrayna matəm içində, Zelenskidən ilk açıqlama: “Dəhşətli xəbər...”

Ukrayna matəm içində, Zelenskidən ilk açıqlama:     “Dəhşətli xəbər...”

Ukraynaya məxsus sərnişin təyyarəsinin İranda qəzaya uğramasının səbəbi mühərrikdəki yanğın olub

 

Xəbər verdiyimiz kimi, İranda Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə İmam Xomeyni adına Beynəlxalq Hava Limanının yaxınlığında baş verib.

 

Göyərtəsində 180 sərnişin və heyət üzvü olan təyyarə havaya qalxandan bir müddət sonra texniki səbəblərdən yerə çırpılıb. Təyyarədə olanların hamısının həlak olduğu bildirilir.

 

Xilasedicilər Tehranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsinin “qara qutu”sunu tapıblar. Bu barədə İran televiziyası məlumat yayıb.

İran mediası faciənin texniki səbəblərə görə baş verdiyi barədə məlumat açıqlayıb. Lakin mütəxəssislər bildiriblər ki, qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Ukraynaya məxsus sərnişin təyyarəsinin İranda qəzaya uğramasının səbəbi mühərrikdəki yanğın olub. Bu barədə Hava Limanının nümayəndəsi İRNA-ya bildirib.

 

İranın Fövqəladə Hallar Departamentinin rəhbəri də öz növbəsində deyib ki, qəzanın səbəbi texniki nasazlıqdır, başqa heç bir variant yoxdur.

Ukrayna Prezidenti Vladimir Zelenski Tehranda baş verən qəza ilə bağlı həlak olanların yaxınlarına başsağlığı verib. Oxu.az xəbər verir ki, o, bu barədə öz “Facebook” hesabında yazıb.

 

“Yaxın Şərqdən dəhşətli xəbər. Həlak olan sərnişinlər və ekipaj üzvlərinin yaxınlarına səbr diləyirəm”, - deyə o bildirib.

 

Zelenski, həmçinin qeyd edib ki, İranda yerləşən Ukrayna səfirliyi hadisənin təfərrüatını araşdırır.

Müəllif: Ayna.az      8 Yanvar 2020 11:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin