“ABŞ İranla müharibəyə hazırlaşmır” - Pentaqon rəhbəri

“ABŞ İranla müharibəyə hazırlaşmır” -     Pentaqon rəhbəri

"Süleymani Bağdadda cinayət başında tutulub"

 

ABŞ-ın müdafiə naziri Mark Esper bildirib ki, Vaşinqton Tehranla müharibəyə başlamaq yox, əksinə, buna son qoymaq istəyir.

 

AYNA-nın “Report”a istinadən məlumatına görə, Pentaqon rəhbəri belə bir bəyanatla CNN teleşirkətinə müsahibəsində bildirib. 

 

"Biz İranla müharibəyə hazırlaşmırıq, ona son qoymağa hazırlaşırıq”, - deyə Esper vurğulayıb.

 

“Mən son bir neçə gündə bir çox həmkarlarımla söhbətlərdə deyirdim - biz istəyirik vəziyyətin deeskalasiyası olsun ki, Tehran bizimlə danışıqlara başlasın. Hesab edirik, hazırda bu, hər şeydən yaxşı olardı", - Pentaqon rəhbəri deyib.

 

Esper İran generalı Qasım Süleymaninin öldürülməsini məqsədəuyğun hesab edib-etməməsi barədə suala cavabında qeyd edib ki, İran generalı "cinayət başında yaxalanıb”.

 

"Məsələ ondadır ki, Süleymani Bağdadda cinayət başında tutulub. Bir terror təşkilatının lideri başqa terror lideri ilə Amerika hərbçilərinə, diplomatlara və ya obyektlərə əlavə hücumları sinxronlaşdırmaq və planlaşdırmaq üçün görüşürdü”, - Esper deyib.

 

“Düşünürəm ki, döyüş meydanındakı bu oyunçuları zərərsizləşdirməklə düzgün tədbirlər gördük", - deyə o əlavə edib.

Müəllif: Ayna.az      8 Yanvar 2020 02:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin