YAP-ın irəli sürdüyü bütün şəxslərin deputatlığa namizədliyi qeydə alınıb

YAP-ın irəli sürdüyü bütün şəxslərin deputatlığa namizədliyi qeydə alınıb

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək 

 

"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən 123 namizəd dairə seçki komissiyalarında (DSK) rəsmi qeydiyyata alınıb. Yeni Azərbaycan Partiyası parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb".

 

AYNA xəbər verir ki, bu fikirləri Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov öz rəsmi "facebook" səhifəsində paylaşıb.

 

"Diqqət çəkən xüsusi məqam odur ki, seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır. Deməli, 9 fevral seçkilərinə böyük maraq var və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyata alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir. Partiyamızın fevral ayının 9-da növbəti qələbə qazanacağına inanıram, namizədlərimizə uğurlar diləyirəm", - Ə.Əhmədov qeyd edib.

Müəllif: Ayna.az      7 Yanvar 2020 22:18
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin