Azərbaycan XİN Avstraliyaya başsağlığı verib

Azərbaycan XİN Avstraliyaya başsağlığı verib

“Avstraliyada yanğınlarda ölən şəxslərin ailələrinə başsağlığı veririk"

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstraliyada baş verən meşə yanğınları nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

 

AYNA xəbər verir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində qeyd olunub.

 

“Avstraliyada yanğınlarda ölən şəxslərin ailələrinə başsağlığı veririk. Avstraliya xalqına, cəsur yanğınsöndürənlərə və ölkə tarixində ən güclü yanğınlara qarşı mübarizə aparan könüllülərə güclü dəstəyimizi ifadə edir və onlarla həmrəy olduğumuzu bildiririk”.

 

Xatırladaq ki, ölkədə yanğınlar başlayandan bəri 7 milyon hektara yaxın ərazi yanıb, azı 24 nəfər və yüz milyonlarla heyvan ölüb.

Müəllif: Ayna.az      7 Yanvar 2020 21:40
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin