Suraxanıda xilasetmə əməliyyatı

Suraxanıda xilasetmə əməliyyatı

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az      7 Yanvar 2020 17:47
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin