“İran Süleymaninin ölümü üzərindən kampaniya aparır”

“İran Süleymaninin ölümü üzərindən kampaniya aparır”

Vüqar Zifəroğlu: “İranlı generalın ölümünə Azərbaycan türkünün həssas yanaşmasına anlam verə bilmirəm”

 

Yanvarın 3-də amerikalılar tərəfindən İraqda qətlə yetirilən iranlı general Qasım Süleymani bu gün doğulduğu Kirman vilayətində dəfn olunub. Generalın dəfnində milyonlarla insan iştirak edib, insan izdihamı nəticəsində onlarla şəxs ayaqlar altında qalaraq həlak olub, bir o qədəri də xəsarət alıb.

 

Ümumiyyətlə, Süleymaninin ölümü regionda və dünyada ajiotaja səbəb olub. Baş verən hadisə ABŞ-la İran arasında yaşanan qarşıdurmanı daha da şiddətləndirib. Hər şeydən əlavə, bu hadisə Azərbaycan cəmiyyətində ciddi fikir ayrılıqları, ziddiyyətli mövqelər meydana çıxarıb.

 

AYNA əməkdaşı mövzu ətrafında Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu ilə həmsöhbət olub.

 

- Vüqar bəy, Süleymani hadisəsindən dolayı yaşanan qarşıdurma hansı nəticələrə gətirib çıxara bilər?

 

- Hazırda proseslər elə bir məcrada və elə bir sürətlə davam edir ki, bu hadisənin nəticəsini proqnozlaşdırmaq bir qədər çətindir. Amma indiki məqamda kəskin diplomatik atışmaların şahidi olsaq da, tərəflərin heç biri birbaşa müharibə variantına əl atmaq istəmir. Çünki ABŞ-İran müha

Müəllif: Mərahim Nəsib      7 Yanvar 2020 16:56
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin