ABŞ İranın ayağını BMT-dən də “kəsir”

ABŞ İranın ayağını BMT-dən də “kəsir”

Məhəmməd Cavad Zərifə verilən viza ləğv edilib

 

ABŞ İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə, yanvarın 9-da BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün verdiyi vizanı ləğv edib.

 

AYNA xarici mətbuata əsasən xəbər verir ki, iranlı nazirə əvvəl viza verilsə də, sonradan imtina cavabı gəlib. Məlumatda deyilir ki, ABŞ Dövlət Departamenti məsələyə dərhal şərh verməkdən imtina edib.

 

İranın BMT-dəki nümayəndəsi də xəbəri təsdiq edib: “Mediada xəbərlər gördük, ancaq Xarici İşlər naziri Zərifin vizası ilə əlaqədar ABŞ-dan rəsmi bir məlumat ala bilmədik”.

 

Qeyd olunur ki, İran nazirinin səfəri hələ iki ölkə arasında gərginlik artmamışdan qabaq planlanmışdı.

 

Məlumat üçün bildirək ki, 1947-ci il "Qərargah razılaşması"na əsasən, xarici diplomatların BMT tədbirlərinə qatılması üçün Birləşmiş Ştatlardan icazə almaq tələb olunur. Ancaq rəsmi Vaşinqton "təhlükəsizlik, terrorçuluq və xarici siyasət" səbəblərindən viza verməkdən imtina edə bilər.

 

Xatırladaq ki, yanvarın 3-də İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdad hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. Bundan sonra ABŞ-İran gərginliyi pik həddə çatıb.

Müəllif: Ayna.az      7 Yanvar 2020 12:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin