İrandan gələn şəxsin daxili orqanında “narkotik deposu” aşkarlanıb

İrandan gələn şəxsin daxili orqanında “narkotik deposu” aşkarlanıb

Cənub gömrüyündə ciddi faktın üstü açılıb, hazırda iş üzrə araşdırma aparılır

 

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü 4 ədəd bükümdə, ümumi çəkisi 64 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, çəkisi 13 qram olan ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin və 51 ədəd qəhvəyi rəngli, üzərində "M40" yazısı olan "metadon" adlı həblər aşkarlanıb.

 

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, metadon isə Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      7 Yanvar 2020 11:46
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin