ABŞ İraqa qarşı sanksiyalar hazırlamağa başlayıb

ABŞ İraqa qarşı sanksiyalar hazırlamağa başlayıb

Sanksiyaların tətbiqində əsas rolu Ağ Ev və ABŞ-ın Maliyyə Nazirliyi oynayacaq

 

ABŞ İraq parlamentinin xarici qoşunların ölkə ərazisindən çıxarılması haqqında qətnaməni qəbul etməsi ilə əlaqədar rəsmi Bağdada qarşı sanksiyalar hazırlamağa başlayıb.

 

AYNA-nın məlumatına görə, bu barədə ABŞ administrasiyasının nümayəndələrinə istinadən “The Washington Post” qəzeti bildirib.

 

Məlumata görə, xüsusi halda ABŞ biznesmenlərinə İraqın işgüzar dairələri ilə işləməyin qadağan olunması imkanına baxılır.

 

Daha əvvəl ABŞ prezidenti Donald Tramp rəsmi Bağdadı Birləşmiş Ştatlara qarşı düşmənçilik nümayiş etdirəcəyi təqdirdə iqtisadi sanksiyalarla hədələyib.

 

Sanksiyaların tətbiqində əsas rolu Ağ Ev və ABŞ-ın Maliyyə Nazirliyi oynayacaq.

 

"Belə addımlar müttəfiqə qarşı olduqca qeyri-adi hərəkət olacaq, hansı ki, ABŞ demək olar, 20 il dəstəkləyirdi və ona yüz milyardlarla dollar xərclədi”, - nəşr qeyd edir.

 

Bununla belə, qeyd edilir ki, indiki müzakirələr ilkin xarakter daşıyır və iqtisadi tədbirlərin reallaşdırılacağı aydın deyil. Mənbələrdən birinin sözlərinə görə, rəsmi Vaşinqton Bağdadın sonrakı bəyanatlar yayıb-yaymayacağını görmək üçün bir az gözləmək niyyətindədir.

Müəllif: Ayna.az      7 Yanvar 2020 09:11
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin