"Milan" "Sampdoriya"ya qalib gələ bilmədi

"Milan" "Sampdoriya"ya qalib gələ bilmədi

Hazırda "Milan" 22 xalla A seriyasının yarış cədvəlində 12-ci yeri tutur

 

İtaliyanın A seriyasının 18-ci turunun matçında "Milan" "Sampdoriya"nı qəbul edib.

 

AYNA-nın məlumatına görə, qarşılaşma Milanın "San-Siro" stadionunda keçirilib və heç-heçə başa çatıb.

 

Matçın 55-ci dəqiqəsində "Milan”ın hücumçusu Kşiştof Pyontek meydanı tərk edib. Onun əvəzinə meydançaya isveçli hücumçu, komandaya yenicə qayıtmış Zlatan İbrahimoviç çıxıb.

 

Hazırda "Milan" 22 xalla A seriyasının yarış cədvəlində 12-ci yeri tutur. "Sampdoriya" (16 xal) 16-cı yerdə qərarlaşıb.

 

"Milan" növbəti turda "Kalyari”yə qarşı oynayacaq, "Sampdoriya" öz meydanında "Breşiyu"nu sınağa çəkəcək.

 

Xatırladaq ki, İbrahimoviç "Milan"ın heyətində 2010-cu ildən 2012-ci ilə qədər çıxış edib. Hücumçu “qırmızı-qaralar”la birlikdə İtaliyanın A seriyasının çempionu olub və superkuboka yiyələnib.

Müəllif: Ayna.az      7 Yanvar 2020 01:49
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin