Merkel Rusiyaya səfər edəcək

Merkel Rusiyaya səfər edəcək

Tərəflər Yaxın Şərqdə gərinliyin artması ilə bağlı məsələləri müzakirə edəcək

 

Yanvarın 11-də Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək.

 

AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda Almaniya kanslerinin Rusiyaya işgüzar səfəri çərçivəsində Vladimir Putinlə beynəlxalq gündəmdə olan aktual mövzuları, o cümlədən Suriya və Liviyadakı vəziyyəti, yanvarın 3-də ABŞ-ın Bağdada endirdiyi raket zərbələri nəticəsində Yaxın Şərqdə gərinliyin artması ilə bağlı məsələləri müzakirə edəcəyi bildirilib.

 

Bundan başqa, Merkellə Putinin Ukraynanın cənub şərqindəki münaqişə ətrafında fikir mübadiləsi aparacağı da qeyd olunub.

Müəllif: Ayna.az      6 Yanvar 2020 21:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin