Aİ İrana qarşı sanksiyalar barədə qərar verəcək

Aİ İrana qarşı sanksiyalar barədə qərar verəcək

Cavad Zərif danışıqlar aparmaq üçün Brüsselə gəlmək dəvətinə cavab verməyib

 

“Avropa İttifaqı (Aİ) İrana qarşı mümkün sanksiyalar barədə qərarını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Tehranın nüvə fəaliyyətini qiymətləndirməsindən sonra verəcək”.

 

AYNA "Report"a istinadən xəbər verir ki, bunu bazar ertəsi Brüsseldə keçirilən brifinqdə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yenidən azaltdığını elan etməsinə şərh verərkən deyib.

 

P.Stano həmçinin İran Xarici İşlər Nazirliyinin qurum rəhbəri Məhəmməd Cavad Zərifin ABŞ ilə gərginliyin azaldılması, İraqdakı vəziyyətin qaydaya salınması və nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının gələcəyi mövzusunda danışıqlar aparmaq üçün Brüsselə gəlmək dəvətinə cavab vermədiyini söyləyib

Müəllif: Ayna.az      7 Yanvar 2020 03:15
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin