Bank hesablarını qarət edən şəxs saxlanılıb

Bank hesablarını qarət edən şəxs saxlanılıb

Oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılıb

 

Lerik rayon sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanılıb. AYNA-ya bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Lerik rayon sakini G.Qəmbərova ötən ilin iyul ayında şəhər ərazisindəki bankomatların birindən 400 manat pulunun bank hesabından çıxarılaraq oğurlandığını bildirib. 

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılıb. 

 

Aparılan tədbirlərlə onun ötən ilin noyabr ayında Lerik rayon sakini C.Nuriyevin 261 manatını bank hesabından çıxararaq oğurlaması da müəyyən edilib. 

Müəllif: Ayna.az      6 Yanvar 2020 19:10
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin