Bakıda mənzildən külli miqdarda pul və zinət əşyaları oğurlanıb

Bakıda mənzildən külli miqdarda pul və zinət əşyaları oğurlanıb

Oğurluq edənlərin şəxsiyyətləri müəyyən edilib

 

Bakıda evdən 21 min dollar və qızıl oğurlayan şəxs tutulub. AYNA-ya bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21 000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb.

 

Oğurluq zamanı onunla birlikdə olmuş daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib. 

Müəllif: Ayna.az      6 Yanvar 2020 17:11
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin