Hüquq müdafiəçisinin səhhətində irəliləyiş var

Hüquq müdafiəçisinin səhhətində irəliləyiş var

İnfeksiyalardan və böyrəkdə olan geriləmələrdən tam azad olub

 

Hüquq müdafiəçisi Oktay Gülalıyevin səhhətində getdikcə müsbət dəyişikliklər baş verir.

 

AYNA xəbər verir ki, bu barədə O.Gülalıyevin oğlu Təbriz Gülalıyev məlumat verib. 

 

"Atam Oktay Gülalıyevin səhhətində müsbət hallar artmağa başlayıb. Belə ki, infeksiyalardan və böyrəkdə olan geriləmələrdən tam azad olub. Hərarəti normaldır. Həmçinin hər iki gözünü açır, gözlərini və əllərini hərəkət etdirir", - deyə T.Gülalıyev bildirib.

 

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.


Ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edib. O.Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir.

Müəllif: Ayna.az      6 Yanvar 2020 16:47
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin