Yol qəzasında polis ölüb

Yol qəzasında polis ölüb

Faktla bağlı araşdırma aparılır

 

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

AYNA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Əhmədov Tural Telman oğlunun idarə etdiyi "Fiat Doblo" avtomobili aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

 

Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkilidir. 

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      6 Yanvar 2020 10:51
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin