Dünyanın ən yaşlı sakini doğum günün qeyd edib

Dünyanın ən yaşlı sakini doğum günün qeyd edib

117 yaşlı qadının ən sevimli məşğuliyyəti riyaziyyatla məşğul olmaqdır

 

Dünyanın ən yaşlı sakini Kane Tanaka 117 yaşını qeyd edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, münasibətlə yapon qadının yaşadığı qocalar evində tortlu, şamlı, şarlı bir ziyafət təşkil edilib.

 

Qocalar evinin rəhbərliyi tərəfindən təşkil olunan doğum günü ziyafətinə digər qonaqlar da qatılıb. Qonaqlara əsas yemək olaraq çiyələk verilib və qaymaqla bəzədilmiş böyük tort kəsilub.

 

Qeyd edək ki, Kane Tanaka 9 mart 2019-cu ildə kişilər və qadınlar arasında Dünyanın ən yaşlı sakini olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib. Həmin vaxt onun 116 yaşı var idi.

 

Yapon qadın 2 yanvar 1903-cü ildə Fukuokada anadan olub. Ailədəki doqquz uşaq arasında yeddinci olub. 19 yaşında ənənəvi yapon şirniyyatları satan kiçik bir mağazanın sahibi Hideo Tanaka ilə evlənib. Cütlüyün beş uşağı olub.

 

Kane Tanakinin ən sevimli məşğuliyyətlərindən biri riyaziyyatla məşğul olmaqdır.

Müəllif: Ayna.az      6 Yanvar 2020 01:30
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin