İdlib atəşə tutulub, ciddi tələfat var

İdlib atəşə tutulub, ciddi tələfat var

Zərbələr nəticəsində 10 dinc sakinin həlak olduğu, 20-dən çox mülki şəxsin isə yaralandığı qeyd olunur

 

Suriya Prezidenti Bəşşar Əsədə bağlı hərbi qüvvələr İdlib vilayətinin yaşayış məntəqələrinə hava və atilleriya zərbələri endirib. AYNA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

 

Məlumatda bildirilir ki, Əsədin ordusu və iranyönlü silahlı dəstələr Maarat ən-Numan, Serakib və Erih şəhərlərini atəşə tutublar. Hava və artilleriya atəşlərinə, həmçinin Marşimarin, Masaran, Deyr Sunbul və Berne yaşayış məntəqələri məruz qalıb.

 

Zərbələr nəticəsində 10 dinc sakinin həlak olduğu, 20-dən çox mülki şəxsin isə yaralandığı qeyd olunur.

 

İlkin məlumata görə, Erih şəhərində 7, Serakibdə 1, Bernedə 2 dinc sakin öldürülüb. Zərbələr nəticəsində, həmçinin onlarla dinc sakin xəsarət alıb.

 

Hazırda atəşə məruz qalmış yaşayış məntəqələrinin dağıntılardan təmizlənməsi davam etdirilir. Ölənlərin sayının artacağı istisna olunmur.

 

Əhali yaşayış məntəqələrini tərk edərək Türkiyə ilə sərhəddəki nisbətən təhlükəsiz ərazilərə üz tutub. 

Müəllif: Ayna.az      6 Yanvar 2020 00:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin