İran son qərarını verəcək

İran son qərarını verəcək

 "Bu gecə bu mövzuda vacib görüş keçiriləcək"


Bazar günü Tehran nüvə öhdəliklərinin azaldılması ilə bağlı növbəti addımı barədə yekun qərarını qəbul edəcək.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranım Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi məlumat verib.


"Beşinci addım (nüvə öhdəliklərinin azaldılması) ilə bağlı artıq qərarlar qəbul edildi, lakin mövcud vəziyyəti nəzərə alaraq, bu gecə bu mövzuda vacib görüş keçiriləcək", - deyə  Musəvi bildirib.


Xatırladaq ki, bundan əvvəl Avropa Birliyinin Xarici İşlər naziri Xosep Borrell İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə bölgədəki son hadisələri müzakirə etmişdi. ABŞ-ın geri çəkdiyi nüvə sazişini "qoruyub saxlamağın" vacibliyini də müzakirə olunmuşdu. 

Müəllif: Ayna.az      5 Yanvar 2020 20:13
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin