Paytaxtda yanan bina söndürülüb

Paytaxtda yanan bina söndürülüb

Mənzilin yanar konstruksiyaları 50 m² sahədə yanıb

 

Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının damında tikilən ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

 

AYNA Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Qeyd edək ki, FHN-nin 112 “qaynar xətt”inə Bakı şəhərinin Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 195 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olmuşdu. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunmuşdu.

Müəllif: Ayna.az      5 Yanvar 2020 18:13
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin