MSK 394 nəfərin namizədliyini qeydə alıb

MSK 394 nəfərin namizədliyini qeydə alıb

1786 nəfər fərdi qaydada namizədliyini irəli sürüb

 

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2264 namizəd müraciət edib.

 

AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.

 

M.Pənahov qeyd edib, 462 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 2216 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1976 nəfəri isə artıq imza vərəqələrini alıb. 394 nəfərin namizədliyi qeydə alınıb. 807 nəfər 30 siyasi partiyanın üzvüdür". 

Müəllif: Ayna.az      5 Yanvar 2020 18:56
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin