İranlı nazir Trampı Çingiz xanla müqayisə etdi

İranlı nazir Trampı Çingiz xanla müqayisə etdi

İranlı nazir Trampı, həmçinin “kostyumlu terrorçu” adlandırıb

 

İranın İnformasiya və Rabitə Texnologiyaları naziri Cavad Azəri Cəhromi ABŞ Prezidenti Donald Trampı Hitler, Çingiz xan və İŞİD ilə müqayisə edib.

 

AYNA xəbər verir ki, Cavad Azəri bu barədə “Twitter” hesabında paylaşım edib.

 Министр информационных и коммуникационных технологий Ирана Джавад Азари Джахроми

İranlı nazir Trampı, həmçinin “kostyumlu terrorçu” adlandırıb: “İŞİD kimi, Hitler kimi, Çingiz kimi! Hamısı mədəniyyətlərə nifrət edir. Tramp "kostyumlu terrorçudur". O, tezliklə heç kimin "Böyük İran Milləti və Mədəniyyətini" məğlub edə bilməyəcəyini başa düşəcək”.

 

 

Qeyd edək ki, bundan əvvəl Tramp, Amerika əmlakına və ya ölkə vətəndaşlarına hücum edəcəyi təqdirdə İrana hücum etməyə hazır olduğunu açıqlayıb. 52 hədəfə "sürətli və güclü bir zərbə" endirəcəyinə söz verən Tramp İran hakimiyyətini yenidən hücum etməməyə çağırıb.  

Müəllif: Ayna.az      5 Yanvar 2020 16:10
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin