Tehrandan Vaşinqtona cavab “atəşi”: Cəsarətiniz çatmaz

Tehrandan Vaşinqtona cavab “atəşi”: Cəsarətiniz çatmaz

Əbdulrəhim Musavi: “Onlar gələcəkdə böyüyəcək münaqişəni nəzərə alsınlar”

 

Rəsmi Tehrandan ABŞ Prezidenti Donald Trampın təhdidinə dərhal cavab gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Ordusunun komandanı Əbdulrəhim Musavi açıqlama verib.

 

"ABŞ bizi 52 məndəqəmizi hədəfə alacağı ilə təhdid edir. Amma çətin ki, onların bunu etməyə cəsarətləri cata”, - o bildirib.

 

Komandanı əlavə edib ki, ABŞ gələcəkdə böyüyəcək münaqişəni nəzərə alaraq hesablasın ki, 5 və 2 rəqəmləri kimin xeyrinə olacaq.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın hər hansı hücumunun qarşılıqsız qalmayacağını deyib. O bildirib ki, Tehrandan hər hansı həmlə olsa, İranın 52 məntəqəsi hədəfdə olacaq və bombalanacaq. Həmin hədəflərə mədəniyyət obyektləri də daxildir.

 

“Burada “52” rəqəmi, illər əvvəl İran tərəfindən girov götürülən 52 amerikalı hərbçinin şərəfinə seçilib”, - Ağ Ev rəhbəri vurğulayıb.

 

Xatırladaq ki, yanvarın 3-ü gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.

 

Hadisə ilə əlaqədar İranda 3 günlük mətam elan edilib.

Müəllif: Ayna.az      5 Yanvar 2020 14:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin