“İranın 52 məntəqəsi bombalanacaq” – TRAMP

“İranın 52 məntəqəsi bombalanacaq” –     TRAMP

Ağ Ev: Tehrandan hər hansı həmlə olsa, İranın 52 məntəqəsi hədəfdə olacaq

 

ABŞ Prezidenti Donald Tramp İranın hər hansı hücumunun qarşılıqsız qalmayacağını deyib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.

 

Tramp bildirib ki, Tehrandan hər hansı həmlə olsa, İranın 52 məntəqəsi hədəfdə olacaq və bombalanacaq. Həmin hədəflərə mədəniyyət obyektləri də daxildir.

 

“Burada “52” rəqəmi, illər əvvəl İran tərəfindən girov götürülən 52 amerikalı hərbçinin şərəfinə seçilib”, - Ağ Ev rəhbəri vurğulayıb.

 

Xatırladaq ki, yanvarın 3-ü gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.

 

Hadisə ilə əlaqədar İranda 3 günlük mətam elan edilib.

Müəllif: Ayna.az      5 Yanvar 2020 13:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin