Bağdad atəşə tutuldu

Bağdad atəşə tutuldu

Hücum nəticəsində insan tələfatının olmadığı bildirilib.

 

ABŞ-ın Bağdaddakı səfirliyi raket hücumuna məruz qalıb. AYNA xarixi mediaya istinadən xəbər verir ki, səfirlik yerləşən əraziyə 2 raket zərbəsi endirilib.

 

Bu barədə BBC-nin hadisə yerindəki əməkdaşı məlumat yayıb.

 

Həmçinin ABŞ-ın İraqdakı aviabazasının da raket atəşinə tutulduğu bildirilir.


Qeyd olunur ki, raket zərbələri Bağdaddan 70 kilometr məsafədəki “Balad” aviabazasına endirilib.

 

ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən, azı 3 raketin atıldığı bildirilir.

 

İraqın təhlükəsizlik qüvvələri də xəbəri təsdiqləyib. 

Müəllif: Ayna.az      4 Yanvar 2020 22:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin