Niderlandın paytaxtı “Eurovision”a ev sahibliyi etməkdən boyun qaçırdı

Niderlandın paytaxtı “Eurovision”a ev sahibliyi etməkdən boyun qaçırdı

Şəhər meri buna səbəb kimi şəhərdə müsabiqənin təşkili üçün uyğun olan bütün arenaların həmin müddətdə məşğul olacağını göstərib

 

Niderlandın paytaxtı Amsterdam 2020-ci ildə “Eurovision” mahnı müsabiqəsini keçirməyəcək. Oxu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu şəhərin meri xanım Femke Halsema deyib.

 

O, buna səbəb kimi şəhərdə müsabiqənin təşkili üçün uyğun olan bütün arenaların həmin müddətdə məşğul olacağını göstərib.

 

Qeyd edək ki, gələn il “Eurovision”ın Amsterdamda “Ziggo Dome” arenasında keçirilməsi planlaşdırılırdı. Niderlandın Rotterdam, Utrext, Hertoqenbos, Arnem və Maastrixt şəhərləri də müsabiqəyə ev sahibliyi uğrunda mübarizə aparır.

 

Xatırladaq ki, 2019-cu ildə İsraildə təşkil edilən “Eurovision” müsabiqəsinin qalibi Niderland təmsilçisi Dunkan Lourens olub.

Müəllif: Ayna.az      5 İyul 2019 16:12
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin