Həkim qucağında körpəsi olan qadını döyüb – VİDEO

Həkim qucağında körpəsi olan qadını döyüb –       VİDEO

Rusiya Səhiyyə Nazirliyi faktı təsdiqləyib

 

Rusiyanın Ussuriysk şəhərində həkim qucağında körpəsi olan qadını döyüb. Oxu.az vesti.ru-ya istinadən xəbər verir ki, hadisə belə baş verib:

 

Ana diş ağrısından iki gün heç nə yeməyən uşağı ilə xəstəxanaya gəlib. Qeydiyyat bölməsində qadına onu qəbul edəcək stomatoloqun otağını göstəriblər. Lakin həmin həkim heç bir səbəb bildirmədən uşağı müalicə etməkdən imtina edib.

 

Bu zaman qadın imtinanı yazılı surətdə bildirməsini istəsə də, həkim etiraz edib və bu hadisəni telefonun kamerasına çəkən qadını döyüb. O, qucağında üç yaşlı uşaq olan qadının başına zərbə endirib və barmaqlarını sındırıb.

 

Səhiyyə Nazirliyi faktı təsdiqləyib.

Müəllif: Ayna.az      4 Yanvar 2020 19:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin